Qanalı cadugər Nana Kvaku Bonsam İngiltərə millisinin hücumçusu Hari Keyn barədə maraqlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, o, İngiltərə - Qana oyunu ərəfəsində Keynin meydana çıxmasına mane olmaq istədiyini bildirib.
“Mən Hari Keyn üzərində işləyirəm. Daha əvvəl nəyə qadir olduğumu göstərmişəm, ona görə də onu necə dayandıracağımı bilirəm. Ona ciddi zədə arzulamıram. Elə etmək kifayətdir ki, ölkəmə qarşı oyunda iştirak edə bilməsin. Qanaya kömək etmək üçün öz işimi görəcəyəm”.
Qeyd edək ki, Nana Kvaku Bonsam 2014-cü il FIFA Dünya Çempionatının qrup mərhələsindəki Portuqaliya – Qana oyunundasn əvvəl portuqaliyalı ulduz futbolçu Kriştianu Ronalduya lənət oxuduğunu iddia etmişdi. Həmin dövrdə Ronaldunun dizindən zədə alması bu açıqlamaların yenidən gündəmə gəlməsinə səbəb olub.
View this post on Instagram
