“Sabah” ilk yoxlama oyununda heç-heçə edib - YENİLƏNİB

24 İyun 2026 22:14
1 067
“Sabah” ilk yoxlama oyununda heç-heçə edib

“Sabah” futbol klubu Avstriyada yay təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Valdas Dambrauskasın komandası Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə qarşılaşıb.

Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Azərbaycan klubu fasiləyə 0:1 hesabı ilə yollansa da, fasilədən sonra məğlubiyyətdən qurtarmaq üçün özünə gələ bilib.

Bu matç “Sabah”ın yeni mövsümə və Avropa yarışlarına hazırlıq çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyunu olub.

Bakı klubunun Avstriya təlim-məşq toplanışında daha iki yoldaşlıq oyunu var. 28 iyunda “Sabah” Macarıstanın “Ferentsvaroş”" komandası ilə, 1 iyulda isə Ukraynanın “Polesye" komandası ilə qarşılaşacaq.

12:32

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi “Universitatya” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

İdman.Biz