Fransa Liqa 1-in səkkizinci turunda PSJ doğma meydanda “Lion”u 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşmada hesab 72-ci dəqiqədə açılıb. Senni Mayulu Mika Qodtsun ötürməsindən sonra fərqlənib.
84-cü dəqiqədə isə Qodts Kenten Ndjantunun ötürməsini qola çevirərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
Bu qələbədən sonra PSJ xallarının sayını 17-yə çatdıraraq Liqa 1-də liderliyə yüksəlib. “Lion” isə 14 xalla qalıb.
