Ronaldunun yuxu məşqçisi ulduz futbolçunun qeyri-adi vərdişlərindən danışdı

27 Oktyabr 2026 01:25
104
Ronaldunun yuxu məşqçisi ulduz futbolçunun qeyri-adi vərdişlərindən danışdı

Britaniyalı yuxu məşqçisi Nik Littlheylz “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu ilə “Mançester Yunayted” və “Real Madrid”də çalışdığı dövrlərdən danışıb.

İdman.Biz "Tribal Football"a istinadən xəbər verir ki, mütəxəssis portuqaliyalı futbolçunun sağlamlığına və bərpa prosesinə xüsusi diqqət yetirdiyini bildirib.

“Ronaldu “Mançester Yunayted”ə gələndə Rayan Giqqzin məşqlərə necə ciddi yanaşdığını gördü. O, məşqçilərin və mütəxəssislərin bütün tövsiyələrini diqqətlə öyrənməyə başladı və özünü inkişaf etdirmək üçün daim yeni yollar axtardı.

2013-cü ildə “Real Madrid”ə gələndə Ronaldu artıq orada idi. Madridə yolum “Çelsi”dən başladı. Orada Karlo Ançelotti, Pol Klement, fiziki hazırlıq üzrə mütəxəssis Cek Neylor və mərhum dietoloq Nik Broudla çalışmışdım.

Ançelotti əvvəlcə PSJ-yə, daha sonra “Real Madrid”ə keçəndə Neyloru da özü ilə apardı. Məni Madrid klubunun Valdebebasdakı məşq bazasına dəvət etdilər. Həmin vaxt klubda futbolçuların şəxsi yataq otaqlarına barmaq izi ilə giriş sistemi mövcud idi. Biz otaqları, bərpa proseslərini və gündəlik rejimi yoxladıq.

Əsasən futbolçulara məlumatları tərcümə edib çatdıran klub əməkdaşları ilə işləyirdim. Həmin məşğələlər zamanı Ronaldu qəsdən məndən bir neçə metr aralıda məşq edirdi. O, “Mançester Yunayted”dəki dövrdən məni tanıdığı üçün daim yaxınlıqda olur və deyilənləri dinləyirdi.

Maraqlıdır ki, səfərimdən bir neçə gün sonra Qaret Beyl 80 milyon funt sterlinqə “Real Madrid”ə keçdi. Kluba gələn kimi mənimlə görüşmək istədi. Komandanın həkimi ilə birlikdə onun yeni kluba, ölkəyə və mühitə uyğunlaşmasını, həmçinin yuxu vasitəsilə bərpa strategiyasını müzakirə etdik”, - deyə Littlheylz vurğulayıb.

İdman.Biz