“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın əmisi 2026-cı ilin “Qızıl top” mükafatının səsvermə nəticələrini tənqid edib.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, futbolçunun əmisi Abdul “Cadena SER” radiosuna açıqlamasında Harri Keynin “Qızıl top”u qazanmasını tənqid edib.
“Mən çox məyusam, özümü pis hiss edirəm. Qardaşım oğlu möhtəşəm futbolçudur, dünyanın ən yaxşı oyunçusudur və bunu hamı bilir. Futbolu sevirsənsə, stadiona Harri Keyni deyil, Lamin Yamalı izləməyə gedirsən. Keyn sadəcə bombardirdir, Yamal isə ən yaxşısıdır. Onun bəxti gətirmədi. Gələn il hər şey yaxşı olacaq.
İnsanlar deyirlər ki, o, gəncdir və hələ çoxlu mükafat qazanacaq. Amma Harri Keynin oynamağa cəmi üç günü qalıb, ona görə də “Qızıl top”u ona verirlər. Lamin hər şeyi qazanıb: İspaniya çempionatını, dünya çempionatını, Superkuboku. O, inanılmaz mövsüm keçirib. Heç kimin vura bilmədiyi qolları vurur, məhsuldar ötürmələr edir - mümkün olan hər şeyi bacarır. O, birdən çox “Qızıl top” qazanacaq. Beş dəfə bu mükafata sahib çıxacaq!”, - deyə Yamalın əmisi bildirib.
Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatını “Bavariya”nın hücumçusu Harri Keyn qazanıb. “Real Madrid”in futbolçusu Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü yeri tutub.
