Azərbaycanlı döyüşçülər rəqibləri ilə üz-üzə gəldi - VİDEO

26 İyun 2026 17:50
152
Azərbaycanlı döyüşçülər rəqibləri ilə üz-üzə gəldi - VİDEO

Bakıda keçiriləcək “UFC Fight Night Baku” turniri öncəsi rəsmi üz-üzə mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri döyüş gecəsi ərəfəsində rəqibləri ilə qarşı-qarşıya gəliblər.

Gecənin əsas döyüşündə oktaqona çıxacaq Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə dayanıb.

Nazim Sadıxov isə Mateus Kamilo ilə qarşı-qarşıya gəlib. Azərbaycanlı döyüşçü baxışma zamanı inamlı görüntüsü ilə diqqət çəkib.

Digər təmsilçimiz Fərman Həsənov Erik Nolanla üz-üzə gəlib. Tahir Abdullayev isə Cefferson Nasimento ilə qarşı-qarşıya dayanıb.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri 27 iyunda Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Orxan Fuladi

İdman.Biz