Bakıda keçiriləcək “UFC Fight Night Baku” turniri öncəsi “Xəzərin piratı” ləqəbli Şarabutdin Maqomedov rəqibi Mişel Pereyra ilə üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, orta çəki dərəcəsində çıxış edən Maqomedov braziliyalı rəqibi ilə döyüşdən əvvəl son dəfə qarşılaşıb və tərəflərin baxışması maraqlı anlarla yadda qalıb. Maqomedov rəqibinin boynundan tutaraq özünə tərəf çəkib. Onlar dərhal bir-birindən uzaqlaşdırılıblar.
Şarabutdin Maqomedov - Mişel Pereyra döyüşü UFC Bakı gecəsinin əsas qarşılaşmalarından biri olacaq.
Xatırladaq ki, “UFC Fight Night Baku” turniri 27 iyunda Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Orxan Fuladi
