Rusiyalı UFC döyüşçüsünün ermənistanlı məşqçisi Bakıdan foto paylaşıb

25 İyun 2026 16:20
75
Rusiyalı UFC döyüşçüsünün ermənistanlı məşqçisi Bakıdan foto paylaşıb

Rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedovun erməni məşqçisi Qor Azizyan Bakıya gəlib.

İdman.Biz xəbər verir ki, o, bununla bağlı fotonu öz “Instagram” hesabında paylaşıb.

Azizyan daha əvvəl də Azərbaycan paytaxtına səfər etmək istədiyini bildirmişdi.

O, bu ilin aprel ayında “YouTube”da yayımlanan “Probesport” podkastında bunları demişdi:

“Bakıya niyə getməməliyəm? UFC turnir keçirir. Mən pis heç nə etməmişəm. Narahat olmağım üçün heç bir səbəb yoxdur. Məgər ermənilərin məni xain və ya xalq düşməni adlandıracağına görə döyüşçümü tək qoymalıyam? Müharibə başa çatıb.

Bütün bu söhbətlərə son qoymağın vaxtıdır. Biz dost olmalıyıq. Döyüşmək istəyənlər qoy döyüşsünlər. Mən müharibə haqqında düşünmürəm”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

İdman.Biz