UFC döyüşçüləri Bakıda azarkeşlərin qarşısına çıxdılar - YENİLƏNİB + FOTO/VİDEO

24 İyun 2026 19:40
592
UFC döyüşçüləri Bakıda azarkeşlərin qarşısına çıxdılar

Bakıdakı Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında UFC azarkeşləri üçün açıq məşq baş tutub.

Açıq məşqdə "UFC Fight Night Baku: Fiziev vs Torres" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, həmçinin Şarabutdin Maqomedov ("Shara Bullet"), Nazim Sadıxov və Fərman Həsənov iştirak ediblər.

19:11

Dənizkənarı Milli Parkda UFC azarkeşləri üçün keçirlən açıq məşqdə azərbaycanlı döyüş ustası Rafael Fiziyev səhnəyə çıxıb.

İdman.Biz bildirir ki, pərəstişkarları idmançını böyük coşqu ilə qarşılayıblar.

18:38

Bakıdakı Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında UFC azarkeşləri üçün açıq məşq keçirilir.

İdman.Biz bildirir ki, tədbir “UFC Fight Night: Fiziev vs Torres” turniri ərəfəsində baş tutur.

Açıq məşqdə “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçıları – azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, həmçinin gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin “Shara Bullet” Maqomedov, eləcə də yerli döyüşçülər Nazim Sadıxov və Fərman Həsənov iştirak edirlər.

Qeyd edək ki, “UFC Fight Night: Fiziev vs Torres” turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin biletləri iticket.az saytında satışdadır.

İslam Atakişiyev

İdman.Biz