Fiziyev etiraf etdi: “Qeycinin Topuriyaya qalib gələcəyinə inanmırdım”

25 İyun 2026 11:22
70
Fiziyev etiraf etdi: “Qeycinin Topuriyaya qalib gələcəyinə inanmırdım”

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev yüngül çəki dərəcəsində keçirilən titul döyüşündə Castin Qeycenin Iliya Topuriya üzərində qələbəsini şərh edib.

İdman.Biz “Matç TV”yə istinadən xəbər verir ki, Fiziyev hadisələrin tam fərqli inkişaf edəcəyini gözlədiyini və ispaniyalı-gürcüstanlı döyüşçünün qalib gələcəyinə əmin olduğunu etiraf edib.

“Düzünü desəm, belə nəticəni heç gözləmirdim. Əmin idim ki, Topuriya onu rahat məğlub edəcək. Hətta bu döyüşün keçirilməsini də istəmirdim ki, Castin ondan hansısa zədə almasın. Düşünürdüm ki, hər şey bir tərəfli keçəcək. Amma çox ciddi yanılmışam”, – deyə Fiziyev bildirib.

Bununla yanaşı, azərbaycanlı döyüşçü proqnozuna baxmayaraq, məhz Qeyciyə azarkeşlik etdiyini vurğulayıb.

“Castin çox möhkəm döyüşçüdür. O, qələbəsi ilə məni təəccübləndirdi. Ona inanmırdım, amma onun tərəfdarı idim”, – deyə Fiziyev əlavə edib.

Xatırladaq ki, Qeyci ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin ərazisində keçirilən “UFC Freedom 250” turnirinin əsas döyüşündə Topuriyanı məğlub edərək təşkilatın yüngül çəkidə tamhüquqlu çempionu olub.

Qeyd edək ki, Fiziyev artıq iyunun 27-də Bakıda keçiriləcək “UFC Fight Night: Fiziyev vs Torres” turnirində oktaqona çıxacaq. Gecənin əsas qarşılaşmasında o, meksikalı Manuel Torres ilə üz-üzə gələcək.

İdman.Biz