Leron Mörfi: “Rafael və Nazim çox yaxşı döyüşçülərdir”

25 İyun 2026 17:01
78
Leron Mörfi: “Rafael və Nazim çox yaxşı döyüşçülərdir”

“Bakıda olduğuma görə xoşbəxtəm. Şəhərdə hər şey gözəldir. Burada olmaqdan məmnunam. İnsanlar çox mehribandır və şəhər məndə xoş təəssürat yaradıb”.

İdman.Biz xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA döyüşçüsü Leron Mörfi jurnalistlərə açıqlamasında deyib.

İngiltərəli idmançı Leron Mörfi Azərbaycan təmsilçiləri Rafael Fiziev və Nazim Sadıxovu da bəyəndiyini bildirib:

“Çox yaxşı döyüşçülərdir. Onların çıxışlarını izləməyi xoşlayıram. Düşünürəm ki, gecənin əsas döyüşündə favorit Rafael Fizievdir”.

MMA döyüşçüsü digər idman növləri ilə müqayisədə döyüş idmanına daha çox maraq göstərdiyini də vurğulayıb.

Xatırladaq ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.

İdman.Biz
Məqalədə: