Azərbaycan cüdo millisi Sindao Qran-prisinin ilk yarış günündə medal hesabını açıb - YENİLƏNİB + VİDEO

26 İyun 2026 15:36
859
Azərbaycan cüdo millisi Sindao Qran-prisinin ilk yarış günündə medal hesabını açıb - YENİLƏNİB + VİDEO

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.

İdman.Biz xəbər verir ki, yığmamız çıxışını bir medalla yekunlaşdırıb.

Azərbaycan komandasının aktivinə medalı Əhməd Yusifov yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medal görüşündə Fransa təmsilçisi Enzo Janla qarşılaşıb. Gərgin keçən döyüşdə rəqibinə qalib gələn Yusifov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu, Azərbaycan millisinin Sindao Qran-prisində qazandığı ilk medal olub.

Daha iki təmsilçimiz isə medalın bir addımlığında dayanıb. Qadınların 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medal qarşılaşmasında Paris Olimpiadasının mükafatçısı Larissa Pimentaya məğlub olaraq yarışı beşinci sırada başa vurub.

Kişilərin 66 kq çəkisində mübarizə aparan Ruslan Paşayev də üçüncü yer uğrunda görüşdə fransalı Kelvin Reyə uduzub və turniri beşinci pillədə tamamlayıb.

Azərbaycan millisinin digər üzvləri Şəfəq Həmidova, Könül Əliyeva, Leyla Əliyeva, Balabəy Ağayev və Tofiq Məmmədov isə mübarizəni erkən mərhələlərdə dayandırıblar.

Qeyd edək ki, sabah daha dörd cüdoçumuz mübarizəyə qoşulacaq.

13:46

Azərbaycan cüdoçusu Əhməd Yusifov Çində keçirilən Sindao Qran-prisində medal qazanıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yarışın bürünc mükafatına sahib çıxıb.

Yusifov üçüncü yer uğrunda görüşdə Fransa cüdoçusu Enzo Janla qarşılaşıb. Gərgin keçən mübarizədə rəqibinə qalib gələn Azərbaycan idmançısı fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu nəticə ilə Əhməd Yusifov Azərbaycan yığmasının Sindao Qran-prisində ilk medalını qazanan cüdoçu olub.

11:12

Azərbaycan cüdoçuları Sindao Qran-prisinin final blokunda bürünc medal uğrunda tatamiyə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, həlledici blok Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Kişilərin 60 kq çəki dərəcəsində Əhməd Yusifov bürünc medal görüşündə Fransa təmsilçisi Enzo Janla qarşılaşacaq.

Qadınların 52 kq çəkisində Gültac Məmmədəliyeva braziliyalı Larissa Pimenta ilə üz-üzə gələcək.

Kişilərin 66 kq çəki dərəcəsində isə Ruslan Paşayev Fransa cüdoçusu Kelvin Reyə qarşı mübarizə aparacaq.

10:25

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Gültac Məmmədəliyeva ispaniyalı Ayumi Leyva Sançesi iki yuko xalı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

10:04

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində təmsilçimiz Ruslan Paşayev (66 kq) təsəlliverici mərhələdə rusiyalı Abdullax Parçiyevi ipponla məğlub edərək bürünc medal görüşünə yüksəlib.

09:53

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində təmsilçilərimiz növbəti döyüşlərinə çıxıblar. Gültac Məmmədəliyeva (52 kq) ardıcıl olaraq Kinqa Klimçak (Polşa) və Gefen Primo (İsrail) üzərində qələbələr qazanaraq 1/4 finala yüksəlib. Onun bu mərhələdə rəqibi ispaniyalı Ayumi Leyva Sançes olacaq.

52 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva 1/16 finalda polşalı Aleksandra Kaleta səddini keçə bilməyib. Şəfəq Həmidova (48 kq) isə 1/8 finalda yerli idmançıya məğlub olaraq yarışla vidalaşdı.

Əhməd Yusifov (60 kq) təsəlliverici görüşdə Slovakiya idmançısı David Ştarkelə ipponla qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

09:50

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Balabəy Ağayev (60 kq) 1/8 finalda Olimpiya çempionu Yeldos Smetova (Qazaxıstan) məğlub olaraq çıxışını başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva 1/16 finalda ispaniyalı Jana Sid Balselsə məğlub olaraq mübarizəni dayandırıb.

09:33

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Əhməd Yusifov (60 kq) 1/8 finalda Çin idmançısı Yulin Maya qalib gəlsə də, növbəti mərhələdə Hayato Kondoya (Yaponiya) məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə slovakiyalı David Starkel ilə qarşılaşacaq.

09:21

Çinin Sindao şəhərində cüdo üzrə Qran-pri turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin səkkiz cüdoçusu dörd çəki dərəcəsində tatamiyə çıxır.

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində çıxış edən Tofiq Məmmədov uğursuz start götürüb. O, 1/32 finalda yerli idmançı Lin Çenqə məğlub olaraq turnirdə çıxışını başa vurub.

48 kq-da mübarizə aparan Şəfəq Həmidova isə güclü rəqib üzərində inamlı qələbə qazanıb. O, 1/16 finalda üçqat dünya mükafatçısı Abiba Abujakınovanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Həmidova ilk görüşündə ağrıdıcı fəndlə Qazaxıstan təmsilçisini təslim olmağa məcbur edib.

Kişilərin 60 kq çəki dərəcəsində Balabəy Ağayev də yarışa qələbə ilə başlayıb. O, ukraynalı Artem Lesyuku qızıl xal bölümündə yuko ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Bu çəkidə digər təmsilçimiz Əhməd Yusifov da uğurlu çıxış edib. O, mükəmməl texnika ilə Ukrayna cüdoçusu Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb və 1/8 finala yüksəlib.

İlk yarış günündə Könül Əliyeva, Gültac Məmmədəliyeva, Leyla Əliyeva və Ruslan Paşayev də tatamiyə çıxacaq.

İdman.Biz