Paracüdo üzrə Azərbaycan milli komandası Avropa çempionatında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, yarış avqustun 14-dən 16-dək Almaniyanın Heydelberq şəhərində keçiriləcək.
Azərbaycan millisinin heyətində kişilərdən İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) Azərbaycanı təmsil edəcəklər.
Komandaya yarış zamanı baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.
