Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü Elçin Məmmədov bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, 100 kq-dək çəki dərəcəsində M2 yaş kateqoriyasında mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gəlib.
Bununla da Azərbaycan millisinin qitə çempionatında qazandığı medalların sayı dördə yüksəlib.
Daha əvvəl Fərhad Rəcəbli (M8, 90 kq) qızıl, Elşən Kərimov (M4, 60 kq) və Babək Hacıyev (M5, 60 kq) isə gümüş medal qazanıblar.
