U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

24 Oktyabr 2026 10:48
105
U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Bu gün U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokuna start verilib.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 63 klub və idman cəmiyyətini təmsil edən 328 cüdoçu medallar uğrunda mübarizə aparır.

İştirakçılardan 265-i oğlan, 63-ü isə qızdır. İdmançılar ümumilikdə 17 çəki dərəcəsində qüvvələrini sınayırlar.

Qeyd edək ki, ACF Kubokunun görüşləri federasiyanın “YouTube” kanalında canlı yayımlanır.

İdman.Biz