Bakıda cüdo üzrə U-20 şəhər birinciliyi keçiriləcək

24 Oktyabr 2026 11:28
104
Bakıda cüdo üzrə U-20 şəhər birinciliyi keçiriləcək

Oktyabrın 27-də cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 35 klub və idman cəmiyyətini təmsil edən 235 cüdoçu mübarizə aparacaq.

İdmançılardan 186-sı oğlan, 49-u isə qız olacaq. Yarış iştirakçıları 14 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Birinciliyin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, yarışa giriş sərbəst olacaq.

İdman.Biz
Məqalədə: