Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha iki medal qazanıblar.
İdman.Biz xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.
Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında 90 kq çəki dərəcəsində qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.
