Paraqvayda tarixi qələbəyə görə istirahət günü elan olundu

30 İyun 2026 13:12
107
Paraqvayda tarixi qələbəyə görə istirahət günü elan olundu

Futbol üzrə DÇ-2026-da Paraqvay millisinin Almaniyanı mübarizədən kənarlaşdırması ölkədə böyük sevincə səbəb olub.

İdman.Biz xəbər verir ki, Paraqvay prezidenti Santyaqo Penya yığmanın 1/8 finala yüksəlməsi münasibətilə 30 iyunu ölkədə istirahət günü elan edib.

Dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib. O, Paraqvayın heç vaxt təslim olmadığını yazaraq bugünkü günü bayram adlandırıb.

Paraqvay 1/16 finalda Almaniyanı penaltilər seriyasında məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilərdə daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi 4:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Paraqvayın 1/8 finaldakı rəqibi Fransa - İsveç oyununun qalibi olacaq.

İdman.Biz