Futbol üzrə Almaniya millisinin tanınmış sabiq futbolçusu İlkay Gündoğan yığmanın 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində sensasiyalı şəkildə mübarizəni dayandırmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, o, komandasının çıxışını sərt tənqid edib.
“Bundestim son oyunda inamlı futbol göstərə bilmədi. Buna heç bir bəraət yoxdur. VAR-ın qolu ləğv etməsi? Belə epizoda İngiltərə Premyer Liqasında sadəcə gülər, oyunu davam etdirərdilər. Bu, böyük məyusluqdur”, - deyə Gündoğan bildirib.
Qeyd edək ki, Almaniya - Paraqvay görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Yulian Nagelsmanın yetirmələri 3:4 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə vidalaşıblar.
