Saybarinin anası qələbə qoluna göz yaşlarını saxlaya bilmədi - VİDEO

30 İyun 2026 10:28
78
Saybarinin anası qələbə qoluna göz yaşlarını saxlaya bilmədi - VİDEO

Futbol üzrə DÇ-2026-da Mərakeş millisinin Niderland üzərində qələbəsindən sonra təsirli görüntülər yayılıb.

İdman.Biz xəbər verir ki, penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirən İsmayıl Saybari sevincini anası ilə bölüşüb.

Anası oğlunun Mərakeşi növbəti mərhələyə daşıyan penaltisindən sonra göz yaşlarını saxlaya bilməyib. Saybarinin onunla qucaqlaşaraq qələbəni qeyd etməsi sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, Mərakeş 1/16 finalda Niderlandı penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq.

İdman.Biz