Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

30 İyun 2026 14:10
86
Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq.

İdman.Biz