2026-cı il dünya çempionatında çıxış edən Özbəkistan millisinin futbolçuları “Malibu” markalı avtomobillərlə mükafatlandırıla bilərlər.
İdman.Biz xəbər verir ki, bu barədə Zamin.uz məlumat yayıb.
Hələlik bununla bağlı rəsmi təsdiq yoxdur. Millinin təntənəli qarşılanma mərasimi iyulun 1-də Daşkənddə keçiriləcək.
Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edib. Komanda qrup mərhələsində mübarizəni dayandırsa da, futbolçuların “Malibu” markalı avtomobillərlə təltif olunacağı bildirilir.
Məlumata görə, hədiyyələr mundialın iştirak ərizəsinə daxil edilən 26 futbolçuya təqdim oluna bilər. Bununla bağlı rəsmi qərar hələ açıqlanmayıb. Millinin qarşılanma mərasimi iyulun 1-də saat 10:00-da(yerli vaxtla) Daşkənddə keçiriləcək. Güman edilir ki, avtomobillər məhz həmin tədbir çərçivəsində təqdim olunacaq. Lakin mərasimin proqramı və mükafatlandırmanın detalları hələ açıqlanmayıb.
Özbəkistan millisi dünya çempionatında K qrupunda Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə mübarizə aparıb. Fabio Kannavaronun rəhbərlik etdiyi komanda Kolumbiyaya 1:3, Portuqaliyaya 0:5, Konqo Demokratik Respublikasına isə 1:3 hesabı ilə uduzub.
Özbəkistan millisinin dünya çempionatları tarixində ilk qollarını Abbosbek Fayzullayev və Eldor Şomurodov vurublar. Komanda qrupu 0 xalla, 2:11 top fərqi ilə sonuncu pillədə başa vurub.
Dünya çempionatından sonra Özbəkistan millisi gələn ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokuna hazırlığa başlayacaq.
