Cüdoçularımız Praqada dörd medalla altıncı oldu - YENİLƏNİB + FOTO

28 İyun 2026 22:42
1 027
Cüdoçularımız Praqada dörd medalla altıncı oldu - YENİLƏNİB + FOTO

Cüdo üzrə Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Açıq Turnirini dörd medalla başa vurub.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Əjdər Bağırov 100 kq çəki dərəcəsində fəxri kürsüyə yüksəlib. Cüdoçumuz turnirin gümüş medalına sahib çıxıb.

İlk yarış günündə isə Elşən Əsədov 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. Eyni çəkidə Rəşad Yelkiyev gümüş, Kamran Süleymanov isə 73 kq-da bürünc mükafata yiyələnib.

Beləliklə, Azərbaycan millisi turniri bir qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə dörd medalla tamamlayıb. Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub. Kişilərin yarışında isə Azərbaycan millisi Fransa ilə ikinci və üçüncü pillələri bölüşüb.

16:42

Azərbaycan cüdoçusu Əjdər Bağırov Çexiyanın Praqa şəhərində keçirilən European Open turnirində 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz start mərhələsini uğurla keçib və medal uğrunda mübarizəni davam etdirir.

Eyni turnirdə 90 kq-da yarışan Xəyyam Əliyev və 100 kq-da mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Elmar Qasımov çıxışlarını başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda üç medal var. Elşan Əsədov 66 kq-da qızıl, Raşal Elkiyev eyni çəkidə gümüş, Kamran Süleymanov isə 73 kq-da bürünc medal qazanıb.

İdman.Biz