Azərbaycan cüdoçuları İspaniya Superkubokunda iki qızıl medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli üzvləri Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində turnirdə qüvvələrini sınayıblar.
Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.
