Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında paracüdoçumuz İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
İdman.Biz bildirir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.
Final görüşündə isə İspaniyanı təmsil edən Garros Suarez üzərində ipponla qələbə qazanan paracüdoçumuz Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.
15:11
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.
Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
