Misirin Bakıdakı səfiri: “Dünya çempionatının 1/16 finalında Avstraliyaya bir top fərqi ilə qalib gələcəyik”

3 İyul 2026 16:18
54
Misirin Bakıdakı səfiri: “Dünya çempionatının 1/16 finalında Avstraliyaya bir top fərqi ilə qalib gələcəyik”

“Misirin Azərbaycandakı səfiri Hüsaməddin Əffat Mustafa Rəda futbol üzrə dünya çempionatının 1/16 final matçında Misir yığmasının Avstraliya üzərində qələbə qazanacağına əmindir”.

Bu barədə Misirin Azərbaycandakı səfiri Hüsaməddin Əffat Mustafa Rəda bildirib.

“Deyirlər ki, vaxtilə futbolu məhz misirlilər kəşf edib, ən azından bəzi qədim Misir abidələrində bu cür təsvirləri görmək olar. Bunun həqiqətə nə dərəcədə uyğun olduğunu bilmirəm, lakin ən azından bundan çıxış edərək biz qalib gəlməliyik. Qoy güclü olan qalib gəlsin, lakin əminəm ki, daha güclü olan məhz Misir olacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, oyun Misirin bir top fərqi ilə qələbəsi ilə başa çatacaq:

“Ümid edirəm ki, iş penaltilər seriyasına qədər getməyəcək. Hesabın 1:0 və ya 2:1 olmasının fərqi yoxdur - əsas odur ki, Misir qalib gəlsin”.

Qeyd edək ki, Misir və Avstraliya yığmaları arasında 1/16 final matçı iyulun 3-də baş tutacaq. Oyun “AT&T Stadium”da (Arlinqton, ABŞ), Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.Biz