“Zirə” FK yoxlama oyununda qalib gəlib - YENİLƏNİB

1 İyul 2026 23:18
1 038
“Zirə” FK yoxlama oyununda qalib gəlib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Superliqasının təmsilçisi “Fatih Karagümrük”lə üz-üzə gəlib.

Oyun 1:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb. Yeganə qolu ikinci hissədə George Papunaşvili vurub.

11:45

Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Super Liqa təmsilçisi “Fatih Karagümrük”lə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “qartallar” bundan əvvəl Türkiyənin “Iğdır” və Özbəkistanın “Navbahor” klubları ilə keçirdiyi yoxlama oyunlarında eyni hesabla - 3:4 - məğlub olublar. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.

İdman.Biz