“Sabah” Avstriyada “Ferentsvaroş”la heç-heçə edib - YENİLƏNİB + FOTO

28 İyun 2026 22:37
1 016
“Sabah” Avstriyada “Ferentsvaroş”la heç-heçə edib - YENİLƏNİB + FOTO

“Sabah” futbol klubu Avstriyada yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.

İdman.Biz xəbər verir ki, Masazır təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində daha əvvəl Rumıniyanın “Universitatya Krayova” klubu ilə də eyni hesabla heç-heçə edib.

14:32

“Sabah” futbol klubu bu gün Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın komandası Macarıstan təmsilçisi “Ferentsvaroş”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu, Bakı klubunun Avstriya toplanışında ikinci yoldaşlıq oyunu olacaq. “Sabah” ilk matçında Rumıniyanın “Universitatya” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Hazırlıq prosesi başa çatana qədər Azərbaycan təmsilçisini daha bir yoxlama görüşü gözləyir. “Sabah” iyulun 1-də Ukraynanın “Polesye” klubu ilə qarşılaşacaq.

İdman.Biz