“Zirə” yoxlama matçında Özbəkistan komandasına uduzub - YENİLƏNİB

27 İyun 2026 21:04
865
“Zirə” yoxlama matçında Özbəkistan komandasına uduzub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama oyunu keçirib.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistan təmsilçisi “Navbahor”la qarşılaşıb.

Görüş “Navbahor”un qələbəsi ilə yekunlaşıb - 3:1. “Zirə”nin yeganə qolunu Yeqor Boqomolski vurub.

13:55

Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.

İdman.Biz