“Neftçi”nin keçmiş futbolçusu yeni klubunu seçdi

27 İyun 2026 17:53
78
“Neftçi”nin keçmiş futbolçusu yeni klubunu seçdi

“Neftçi”nin sabiq futbolçusu Kilian Lebon Azərbaycana qayıtmaqdan imtina edib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 28 yaşlı vinger agentlər vasitəsi ilə Premyer Liqa klublarına təklif olunub.

Lakin Lebon təklif olunan maliyyə şərtlərini qaneedici hesab etmədiyi üçün ölkəmizə dönüş variantını qəbul etməyib.

Cənubi Koreyanın “Jeonnam Dragons” klubundan ayrılan fransalı futbolçu karyerasını yenə bu ölkədə davam etdirmək qərarına gəlib.

O, “Suwon Samsung Bluewings” klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kilian Lebon 2023-2025-ci illərdə “Neftçi”nin formasını geyinib və bu müddətdə komandanın əsas hücumçularından biri olub.

İdman.Biz