Ceyhun Sultanov: “Hədəflərimizi komanda formalaşandan sonra açıqlayacağıq”

27 İyun 2026 16:35
82
Ceyhun Sultanov: “Hədəflərimizi komanda formalaşandan sonra açıqlayacağıq”

“Hazırda “Araz-Naxçıvan” futbol klubunun qarşıdakı mövsüm üçün hədəfləri barədə danışmaq istəmirəm”.

Bu sözləri “Araz-Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov deyib.

Klub rəhbəri bildirib ki, hazırda bütün diqqət transfer çalışmalarına və heyətin formalaşdırılmasına yönəlib. Onun sözlərinə görə, komandanın yeni mövsümlə bağlı konkret hədəf və məqsədlərini indidən açıqlamaq doğru olmaz.

“Hədəf və məqsədlər barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar. Hazırda bütün diqqətimizi heyətin qurulmasına yönəltmişik. Bu proses başa çatdıqdan sonra qarşıdakı mövsümlə bağlı planlarımızı və hədəflərimizi ictimaiyyətə açıqlayacağıq. İndi bu barədə danışmaq tezdir. Buna görə də hədəflərimizlə bağlı açıqlamanı komanda tam formalaşdıqdan sonra verəcəyəm”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Ceyhun Sultanov ötən gün “Araz-Naxçıvan” klubunun prezidenti vəzifəsinə təyin olunub.

İdman.Biz