“Araz-Naxçıvan” futbol klubundan ayrılan Coşqun Diniyev karyerasını xaricdə davam etdirə bilər.
Bu barədə məlumatı futbolçunun atası Şahin Diniyev verib.
Mütəxəssis bildirib ki, oğlu özü də legioner həyatı yaşamaqda maraqlıdır
“Coşqun artıq böyük bir insandır. Daha özü qərar verir. Ancaq bildiyim qədər karyerasını Azərbaycanda yox, xaricdə davam etdirəcək. Hazırda agenti bu işlərlə məşğuldur. Coşqun özü də yenidən legioner həyatı yaşamaqda maraqlıdır”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Birinci Liqasında “Ürmaniyespor”, “Bandırmaspor” və “Çorum”da çıxış edib.
