“Qarabağ” FK Avstriyada “Tirol” klubu ilə qarşılaşacaq

27 İyun 2026 10:37
102
“Qarabağ” FK Avstriyada “Tirol” klubu ilə qarşılaşacaq

Bu gün Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu komandası sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə qarşılaşacaq.

“In Gernot Langes” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib - 4:3.

İdman.Biz