“Turan Tovuz” İbrahima Vadji ilə müqaviləni yeniləyib.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinaən bildirir.
Təcrübəli hücumçu ilə 1+1 illik yeni müqavilə bağlanıb.
Qeyd edək ki, 31 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Haugesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.
