“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı - FOTO

21 Noyabr 2026 20:42
48
“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı

“Kəpəz” Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a qarşı keçirəcəyi oyunun hazırlığını başa vurub.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisinin bu gün keçirilən son məşqi azarkeşlərin böyük marağına səbəb olub.

Xüsusilə “Xəmsə” fan-klubunun üzvləri məşqə qatılaraq futbolçulara dəstək veriblər. Azarkeşlər müxtəlif şüarlar səsləndirib, mahnılar oxuyaraq komandanı “Qarabağ”la qarşılaşmaya ruhlandırıblar.

Qeyd edək ki, noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Qarşılaşmaya bütün biletlər matça iki gün qalmış satılıb.

İdman.Biz