Bu gün futbol üzrə Misli Premyer Liqasının 12-ci turunun oyunu “Şamaxı” “Turan Tovuz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək qarşılaşmanı Emin Əliyev idarə edəcək.
“Şamaxı” 14 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 21 xala malik “Turan Tovuz” isə üçüncüdür.
Misli Premyer Liqası
İkinci dövrə
12-ci tur
21 noyabr (şənbə)
14:30. “Şamaxı” - “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, 12-ci turun ilk oyun günündə “İmişli” “Zirə” ilə heç-heçə (2:2) edib. “Sabah” isə səfərdə “Sumqayıt”a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.
