Derbilər, liderlərin sınağı və “Borussiya”ların dueli - AFİŞA

21 Noyabr 2026 09:36
28
Derbilər, liderlərin sınağı və “Borussiya”ların dueli - AFİŞA

Bu gün Avropanın aparıcı futbol çempionatlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək. Günün əsas oyunları Sevilya derbisi, “Nyukasl” - “Arsenal” və iki “Borussiya”nın dueli olacaq.

İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasının lideri “Arsenal” (27 xal) səfərdə turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan “Nyukasl”la qarşılaşacaq.

İspaniyada turnir cədvəlinin dördüncü pilləsindəki “Betis” (26 xal) altıncı yerdə olan “Sevilya” ilə üz-üzə gələcək. Madrid “Real”ı isə “Selta” ilə görüşdə lider “Barselona” ilə arasındakı üç xallıq fərqi azaltmağa çalışacaq.

Almaniyada Bundesliqanın ikinci pilləsində qərarlaşan Dortmund “Borussiya”sı sonuncu yerdəki eyniadlı Mönhenqladbax təmsilçisi ilə qarşılaşacaq.

Fransada lider PSJ altıncı pillədəki “Nitsa”nın qonağı olacaq. Turnir cədvəlinin ikinci və beşinci pillələrində qərarlaşan “Lill” və “Lion” isə günün digər diqqətçəkən oyununda üz-üzə gələcəklər.

Bundan başqa, “Mançester Siti” – “Fulhem”, “Napoli” – “Torino” və Türkiyə Super Liqasında eyni xala malik “Kocaelispor” – “Fənərbağça” qarşılaşmaları da maraq doğurur.

Günün əsas oyunlarının təqvimi (Bakı vaxtı ilə):

İngiltərə. Premyer Liqa

16:30. “Mançester Siti” – “Fulhem”

19:00. “Çelsi” – “Lids”

19:00. “Tottenhem” – “İpsviç”

21:30. “Nyukasl” – “Arsenal”

İspaniya. La Liqa

17:00. “Alaves” – “Deportivo”

19:15. “Rayo Valyekano” – “Valensiya”

21:30. “Sevilya” – “Betis”

23:59. “Real” (Madrid) – “Selta”

Almaniya. Bundesliqa

18:30. “Borussiya” (Mönhenqladbax) – “Borussiya” (Dortmund)

18:30. “Bayer” – “Paderborn”

18:30. “Union” – “RB Leypsiq”

21:30. “Şalke” – “Ştutqart”

İtaliya. A Seriyası

21:00. “Parma” – “Roma”

23:45. “Napoli” – “Torino”

Fransa. Liqa 1

20:15. “Nitsa” – PSJ

23:45. “Lill” – “Lion”

Türkiyə. Super Liqa

17:00. “Qalatasaray” – “Samsunspor”

20:00. “Kocaelispor” – “Fənərbağça”

İdman.Biz