“Bavariya”ya ikiqat zərbə, Keyn və Olise zədələndilər

21 Noyabr 2026 06:13
26
“Bavariya”ya ikiqat zərbə, Keyn və Olise zədələndilər

“Bavariya” Almaniya Bundesliqasının 10-cu turunda “Köln”lə 1:1 hesablı heç-heçə etdiyi görüşdə iki əsas futbolçusunu zədə səbəbindən itirib.

İdman.Biz xəbər verir ki, Harri Keyn qarşılaşmanın 20-ci dəqiqəsində oyunu davam etdirə bilməyib. Ayaq biləyindən zədələnən ingiltərəli hücumçunu Tom Bişof əvəzləyib.

Maykl Olise isə ilk hissənin sonlarında zədələnib. Fransalı futbolçu fasilədən sonra meydana qayıtmayıb və yerini 19 yaşlı Tim Binderə verib. Bu, gənc futbolçunun Bundesliqada debütü olub.

Daha əvvəl İsmayıl Saybari, Luis Dias və Serj Qnabri də zədə səbəbindən sıradan çıxmışdılar.

Keyn və Olisenin zədələrinin ağırlığı hələ dəqiqləşməyib. Onların noyabrın 25-də Çempionlar Liqasında səfərdə “Lill”lə keçiriləcək görüşdə iştirakı sual altındadır.

İdman.Biz