Kompani xəstəxanadan çıxdıqdan sonra ilk dəfə “Bavariya”nın oyununda

21 Noyabr 2026 01:04
45
Kompani xəstəxanadan çıxdıqdan sonra ilk dəfə “Bavariya”nın oyununda

“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranmış problemlərdən sonra ilk dəfə komandasının oyununda məşqçi skamyasında yer alıb.

İdman.Biz xəbər verir ki, 40 yaşlı mütəxəssis Bundesliqanın 10-cu turunda “Köln”lə keçirilən ev qarşılaşmasında vəzifəsinin icrasına qayıdıb.

Oktyabrın sonunda gənclər komandasının məşqi zamanı huşunu itirən Kompani xəstəxanaya yerləşdirilmişdi. Tibbi müayinə zamanı onda beyin qişalarının qıcıqlanması aşkarlanmışdı.

Noyabrın 10-da məşqlərə qayıdan belçikalı mütəxəssis çiynindəki zədədən də bərpa prosesi keçib. Onun yoxluğunda komandanı müvəqqəti olaraq köməkçisi Aaron Danks çalışdırıb.

İdman.Biz