Ronaldu 1000-ci qola bir addım da yaxınlaşdı: 986-cı qolunu vurdu - VİDEO

20 Noyabr 2026 22:08
64
Ronaldu 1000-ci qola bir addım da yaxınlaşdı: 986-cı qolunu vurdu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 986-cı qolunu vurub.

İdman.Biz Səudiyyə Ərəbistanı Pro Liqasının oyun məlumatlarına istinadən xəbər verir ki, 41 yaşlı futbolçu ölkə çempionatının doqquzuncu turundan təxirə salınmış “Əl-Əhli” ilə qarşılaşmada fərqlənib.

Portuqaliyalı hücumçu Ciddədə keçirilən matçın 14-cü dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə çıxarıb.

Bununla da Ronaldunun karyerası ərzində vurduğu qolların sayı 986-ya yüksəlib. O, bu qollardan 840-nı klub səviyyəsində, 146-nı isə Portuqaliya millisinin heyətində vurub.

Ronaldu 1000 qol həddinə çatmaq üçün daha 14 dəfə fərqlənməlidir.

Qeyd edək ki, “Əl-Nəsr” qarşılaşmadan əvvəl 28 xalla Səudiyyə Ərəbistanı çempionatında üçüncü pillədə qərarlaşıb.

İdman.Biz