“Barselona” 19 yaşlı müdafiəçisi Xavi Espartla yeni müqavilənin imzalanmasını rəsmiləşdirib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, futbolçu noyabrın 20-də klub prezidenti Joan Laportanın iştirakı ilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulan müqaviləyə imza atıb.
Kataloniya təmsilçisi Espartla müqavilənin uzadılması barədə razılaşmanı hələ oktyabrın 8-də açıqlamışdı. Lakin sənədin rəsmi imzalanma mərasimi bu gün keçirilib. Futbolçunun əvvəlki müqaviləsi 2028-ci ildə başa çatmalı idi.
“La Masiya” akademiyasının yetirməsi cari mövsümdə baş məşqçi Hansi Flikin etimadını qazanaraq əsas komandanın vacib üzvlərindən birinə çevrilib. Əsas mövqeyi yarımmüdafiə olsa da, Espart müdafiənin hər iki cinahında çıxış edə bilir.
Gənc futbolçu UEFA Çempionlar Liqasında PSJ ilə qarşılaşmada fərqlənsə də, daha sonra “Real Madrid”ə qarşı keçirilən “El Klasiko”da topuğundan zədələnib.
Hazırda bərpa prosesini davam etdirən Espartın 2027-ci ilin yanvarında meydana qayıtması gözlənilir.
