“Liverpul”un baş məşqçisindən Soboslai ilə bağlı sevindirici xəbər

20 Noyabr 2026 19:07
75
“Liverpul”un baş məşqçisindən Soboslai ilə bağlı sevindirici xəbər

“Liverpul”un baş məşqçisi Andoni İraola komandanın yarımmüdafiəçisi Dominik Soboslai ilə bağlı narahatlıqlara aydınlıq gətirib.

İdman.Biz “This Is Anfield”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis dizində problem olan macarıstanlı futbolçunun İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə qarşılaşmada iştirak edə biləcəyini təsdiqləyib.

“Soboslai yaxşı vəziyyətdədir. O, normal məşq edib. Hətta bu gün dizində qoruyucu sarğı da yox idi. Hər şey qaydasındadır”, - deyə İraola mətbuat konfransında bildirib.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı Macarıstan millisinin hər iki qarşılaşmasında 90 dəqiqə meydanda olub. Dizindəki problem səbəbindən futbolçu həmin görüşlərdə qoruyucu sarğıdan istifadə edib.

İraola “Liverpul”un digər futbolçuları Vircil van Deyk, Rayan Qravenberx və Jeremi Frimponqun da “Mançester Yunayted”lə matça hazır olacağını gözlədiyini açıqlayıb.

“Liverpul” - “Mançester Yunayted” qarşılaşması noyabrın 22-də keçiriləcək.

İdman.Biz