“Trua”dan geridönüş, “Havr” yeni məşqçisi ilə də uduzdu

21 Noyabr 2026 01:51
27
“Trua”dan geridönüş, “Havr” yeni məşqçisi ilə də uduzdu

Fransa Liqa 1-də 11-ci tura start verilib. Açılış oyununda “Trua” doğma meydanda “Havr”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, “Stad de l’Ob”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı üçüncü dəqiqədə qonaqların hücumçusu Coş Maca açıb. Lakin Antuan Mill 19-cu dəqiqədə tarazlığı bərpa edib, 69-cu dəqiqədə isə dublunu rəsmiləşdirərək “Trua”nı önə keçirib. Oyunda son nöqtəni 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Reno Ripar qoyub. “Havr”ın futbolçusu Enzo Koffi 89-cu dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, Valeryen İsmaelin “Havr”ın baş məşqçisi kimi debütü məğlubiyyətlə nəticələnib. “Trua” xalını 11-ə çatdıraraq düşmə zonasından çıxıb. İki xalı olan “Havr” isə sonuncu pillədə qalıb.

İdman.Biz