Kompani qayıtdı, “Bavariya” evdə xal itirdi - VİDEO

21 Noyabr 2026 01:28
49
Kompani qayıtdı, “Bavariya” evdə xal itirdi

Almaniya Bundesliqasının 10-cu turunda “Bavariya” doğma meydanda “Köln”lə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Münhendə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qonaqlar 12-ci dəqiqədə Mayki Murun qolu ilə hesabı açıblar. “Bavariya”nın müdafiəçisi Nataniel Braun isə 37-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə hesab dəyişməyib.

Qarşılaşma səhhətində yaranan problemlərdən sonra komandasının başına qayıdan Vensan Kompaninin məşqçi skamyasında yer aldığı ilk matç olub.

Bu nəticədən sonra “Bavariya” 10 oyundan 22 xalla liderliyini qoruyub. Münhenlilər bir oyun az keçirən Dortmund “Borussiya”sını bir xal qabaqlayırlar. “Köln” isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

İdman.Biz