Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının 1/4 final mərhələsində İspaniya ilə qarşılaşacaqları barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünü yüksək qiymətləndirib və əsas hədəflərinin turnirin qalibi olmaq olduğunu vurğulayıb.
“Güclü rəqiblə qarşılaşacağımızı bilirdik. Qarşımıza hazırkı dünya çempionu İspaniya çıxıb. Onları çox yaxşı tanıyırıq. Bununla belə, son oyunlarını izləyib təhlil etmişik və məşqçilər korpusu ilə birlikdə bütün detalları araşdıracağıq. Turnirdə uzağa getmək istəyirsənsə, ən güclü komandalarla qarşılaşıb onları mübarizədən kənarlaşdırmalısan.
Mart ayına qədər futbolçularımızı izləməyə davam edəcəyik. Onların klublarında vacib oyunları var və yalnız dörd aydan sonra yenidən bir araya gələcəyik. Əminəm ki, hamısı bu böyük qarşılaşmanı düşünərək hazırlaşacaq.
Söhbət dünya çempionatının yarımfinalındakı məğlubiyyətin revanşından getmir. Bu, başqa turnirdir və heyətimizdə də dəyişikliklər var. Məqsədimiz isə dəyişməyib - “Dördlər finalı”na yüksəlmək və Millətlər Liqasının qalibi olmaq”, - deyə Zidan bildirib.
Qeyd edək ki, İspaniya 2026-cı il dünya çempionatının yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edib.
Millətlər Liqasının 1/4 finalında komandalar arasında ilk oyun 2027-ci il martın 25-də İspaniyada, cavab qarşılaşması isə martın 28-də Fransada keçiriləcək.
