Bu gün futbol üzrə Misli Premyer Liqasının 12-ci turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Şəfa” “Qəbələ”ni qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. “Şəfa” beş xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Səkkiz xalı olan “Qəbələ” isə 10-cu yerdədir.
Misli Premyer Liqası
İkinci dövrə
12-ci tur
21 noyabr (şənbə)
17:00. “Şəfa” - “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“SOCAR Polymer Arena”
Qeyd edək ki, 12-ci turun ilk oyun günündə “İmişli” “Zirə” ilə heç-heçə (2:2) edib. “Sabah” isə səfərdə “Sumqayıt”a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.
