“Şəfa”nın futbolçusu Elnur Cəfərov Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov təqdim edib.
Mükafatlandırma mərasimi Misli Premyer Liqasının 12-ci turunun “Şəfa” - “Qəbələ” qarşılaşmasından əvvəl keçirilib.
