Azərbaycan təmsilçisi “Zəngəzur” bu gün UEFA Regionlar Kubokunda mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, yeddinci qrupda yer alan komanda turnirin birinci turunda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşacaq.
Türkiyənin Manavqat şəhərində yerləşən Arslan Zeki Demirci İdman Kompleksinin ikinci meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər iştirakçıları Türkiyənin “İstanbul” və Rumıniyanın “The Carpathians” komandalarıdır.
