“Şahdağ Qusar”ın kapitanı: “Liderliyimizi mövsümün sonuna qədər qorumaq istəyirik”

21 Noyabr 2026 14:59
48
“Şahdağ Qusar”ın kapitanı: “Liderliyimizi mövsümün sonuna qədər qorumaq istəyirik”

“Gəncəbasar”la oyun gərgin və yüksək mübarizə şəraitində keçdi. Məqsədimiz üç xal qazanmaq idi”.

Bu sözləri “Şahdağ Qusar” futbol komandasının kapitanı Vüqar Həsənov deyib.

28 yaşlı futbolçu komandasının Birinci Liqanın səkkizinci turunda “Gəncəbasar”la heç-heçə etdiyi (0:0) oyunla bağlı fikirlərini bölüşüb.

“Qol imkanlarımız olsa da, təəssüf ki, onlardan yararlana bilmədik və 1 xalla kifayətlənməli olduq. Buna baxmayaraq, mübarizəmizi davam etdiririk və qarşıdakı oyunlara hazırlaşırıq. Hazırda turnir cədvəlində liderik və əsas məqsədimiz bu mövqeyimizi mövsümün sonuna qədər qorumaqdır. Əlbəttə, “Gəncəbasar”, “Səbail” və “Karvan-Yevlax” da güclü rəqiblərdir. Onlar da çempionluğa iddialıdır. Lakin biz özümüzə inanırıq və sona qədər mübarizə aparacağıq. İnanıram ki, komanda olaraq qarşıya qoyduğumuz məqsədə çatmaq üçün gücümüzü ortaya qoyacağıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Şahdağ Qusar” - “Gəncəbasar” qolsuz başa çatıb. Səkkiz turdan sonra aktivində 19 xal olan “Şahdağ Qusar” turnir cədvəlinin birinci, “Gəncəbasar” isə 17 xalla ikinci pillədə qərarlaşıb. 16 toplayan “Karvan-yevlax” ilk “üçlüy”ü tamamlayır.

İdman.Biz