Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşması xüsusi təşəbbüslə yadda qalacaq.
İdman.Biz xəbər verir ki, noyabrın 22-də Gəncə şəhər stadionunda baş tutacaq oyundan əvvəl hər iki komandanın futbolçuları meydana şəhid övladları ilə birlikdə çıxacaqlar.
Bununla bağlı “Kəpəz” PFK rəhbərliyinin Peşəkar Futbol Liqasına (PFL) müraciəti müsbət cavablandırılıb.
Azərbaycan torpaqlarının azadlığı uğrunda həyatını itirmiş şəhidlərin övladları futbolçuları meydana müşayiət etdikdən sonra qarşılaşmanı tribunalardan izləyəcəklər.
Təşəbbüs “Kəpəz” PFK və “Gəncə Park City” tərəfindən irəli sürülüb. Layihə PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.
